Bank Of Baku

Rusiya qüvvələri Baxmutda bir neçə kvadrat kilometr ərazi itirib

Rusiya qüvvələri Baxmutda bir neçə kvadrat kilometr ərazi itirib
# 12 may 2023 18:13 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi Baxmutun şimalındakı itkilərini etiraf edib.

APA CNN-ə istinadən xəbər verir ki, Nazirlik şəhərin şimalındakı qüvvələrinin daha əlverişli müdafiə mövqeyi tutmaq məqsədilə geri çəkildiyini açıqlayıb:

“Müdafiənin stabilliyini artırmaq məqsədilə Rusiya qoşunlarının “Cənub” qrupunun bölmələri Maloilyinovka istiqamətində mövqe tutub”.

Bəyanatda qeyd olunub ki, bu manevr, qüvvələrə Berxovka su anbarının əlverişli şərtlərinin verdiyi üstünlüklərdən yararlanmaq imkanı verəcək.

CNN-in məlumatında qeyd olunub ki, bəyanat eyni zamanda Rusiya qüvvələrinin bir neçə kvadrat kilometr ərazini itirdiyini etiraf etməsi anlamına gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR