Bank Of Baku

Rusiya qüvvələri Kiyevdə F-16 pilotlarının təlim keçdiyi obyektlərə raket zərbəsi endirib

Rusiya qüvvələri Kiyevdə F-16 pilotlarının təlim keçdiyi obyektlərə raket zərbəsi endirib
# 13 dekabr 2024 13:19 (UTC +04:00)

Rusiya qüvvələri Kiyevdə F-16 pilotlarının təlim keçdiyi obyektlərə raket zərbəsi endirib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” radiosu məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri
Ukrayna paytaxtında F-16 pilotlarının təlim keçdiyi aeroport obyektlərinə raket zərbəsi endirib.

Qeyd edək ki, bu gün Rusiya qüvvələrinin Ukraynanın enerji strukturuna kütləvi raket və dron zərbələri endirdiyinə dair də məlumat yayılıb. Ukraynanın bir sıra regionlarında baş verən partlayışlar fonunda Kiyevdə elektrik enerjisi kəsilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR