Bank Of Baku

Rusiya regionda vəziyyəti sabitləşdirmək üçün şərtini açıqlayıb - VİDEO

Rusiya regionda vəziyyəti sabitləşdirmək üçün şərtini açıqlayıb - VİDEO
# 14 fevral 2022 14:38 (UTC +04:00)

Ukraynanın NATO-ya üzv olmaqdan imtinası vəziyyəti sabitləşdirmək üçün atılmış addım olardı.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

O, Ukraynanın Böyük Britaniyadakı səfirinin ölkəsinin NATO-ya üzv olmaqdan imtina etməsi ilə bağlı sözlərini şərh edib. Kreml sözçüsü Kiyevin NATO-ya üzv olmaqdan imtinasının vəziyyəti sabitləşdirmək üçün atılmış addım olacağını qeyd edib.

Qeyd edək ki, Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko müharibədən qaçmaq üçün Kiyevin NATO-ya üzv olmaq istəyindən imtina edə biləcəyinin mümkün olduğunu açıqlayıb. Ukrayna Xarici İşlər Nazirliyi bu sözlərin kontekstdən çıxarıldığını bildirib. Daha sonra Pristayko sözlərinin səhv başa düşüldüyünü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR