ABŞ qüvvələrinin Suriyanın şimal-şərqində qeyri-qanuni mövcudluğu ərəb respublikasının bu hissəsində İŞİD terrorçularının axıradək məhv edilməsinə mane olur.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov bildirib.
“Vaxtilə Suriya ordusunun qüvvələri Rusiya Hava Kosmik Qüvvələrinin dəstəyi ilə İŞİD-ə sarsıdıcı zərbələr endirib, lakin daha sonra yeraltına çəkilən terrorçuları hələ də bitirmək mümkün olmayıb. Ona görə ki, Suriyanın əhəmiyyətli bir hissəsi hələ də xarici işğal altında qalır”,- rusiyalı diplomat vurğulayıb.