Rusiya dövlət sərhədinin NATO tərəfindən pozulmasının qarşısını almaq üçün MiQ-31 qırıcısı havaya qaldırılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, Norveç Hərbi Hava Qüvvələrinin P-8A “Poseydon” patrul təyyarəsi tərəfindən Rusiya Federasiyasının dövlət sərhədlərinin pozulmasının qarşısını almaq üçün MiQ-31 qırıcısı havaya qaldırılıb.