Bank Of Baku

Rusiya, Suriya, İran və Türkiyə XİN başçılarının görüşünün tarixi və yeri razılaşdırılır

Rusiya, Suriya, İran və Türkiyə XİN başçılarının görüşünün tarixi və yeri razılaşdırılır
# 14 aprel 2023 14:31 (UTC +04:00)

Hazırda Rusiya, Suriya, İran və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşünün tarixi, yeri və parametrləri razılaşdırılır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bəli, biz indi müzakirənin tarixi, yeri, parametrləri ilə bağlı razılığa gəlirik", - Rusiya xarici siyasət idarəsinin rəhbəri Səmərqənddə MDB XİN başçılarının sammitinin yekunlarına dair mətbuat konfransında jurnalistin dördtərəfli görüşlə bağlı sualını cavablandırarkən deyib.

Lavrov qeyd edib ki, Rusiya Federasiyası, İran, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü üçün heç bir ilkin şərt olmamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR