Rusiya Əfqanıstanda “Taliban” hökumətini rəsmən tanımaq üçün şərtini açıqlayıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, “Taliban” hökumətinin rəsmən tanınmasından danışmaq hələ tezdir.
S. Lavrov qeyd edib ki, Rusiyanın qərarı Əfqanıstanda hadisələrin necə cərəyan edəcəyindən asılıdır: "Konkretləşdirsək, bu, taliblərin vədlərini nə zaman yerinə yetirməsindən, o cümlədən inklüziv hökumət formalaşdırılması, Əfqanıstan ərazisindən qaynaqlanan terrora və narkotik dövriyyəsinə qarşı effektiv mübarizədən asılıdır. Bunlardan asılı olaraq dünya ictimaiyyətinin digər üzvləri ilə həmrəy şəkildə tədricən “Taliban” Hərəkatının BMT-nin sanksiya siyahısından çıxarılması istiqamətində hərəkət edəcəyik. Bu da Əfqanıstanda yeni hökumətin tanınması üçün əsas yaradacaq”.
Rusiya “Taliban” hökumətini tanımaq üçün şərtini açıqlayıb
© APA | Sergey Lavrov, Rusiya xarici işlər naziri
31 dekabr 2021 10:10 (UTC +04:00)
MDB
Ukrayna Rusiyada neft emalı zavodunu PUA-larla vurub, yanğın baş verib
07:43
1 may 2024
Mirzoyan: Ermənistan KTMT kimi işləməyən mexanizmin tərkib hissəsi olmaq istəmir
17:52
30 aprel 2024
Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir
16:34
30 aprel 2024
Ermənistanda Solovyovun verilişini mədəni və bədii proqram əvəzləyəcək
15:59
30 aprel 2024