Bank Of Baku

Rusiya “Taliban”ın terror təşkilatlarının siyahısından çıxarılması şərtlərini açıqlayıb

Zamir Kabulov

© APA | Zamir Kabulov

# 16 avqust 2021 18:17 (UTC +04:00)

““Taliban”ın terrorçu təşkilatların siyahısından çıxarılması proseduruna başlanılması üçün BMT Təhlükəsizlik Şurasının bütün üzvləri Əfqanıstanın yeni hakimiyyətinin özünü sivil aparacağından əmin olmalarıdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bildirib.

"Nə vaxt bu cür nöqteyi-nəzər hamı üçün ümumi olacaq, onda prosedura BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə başlayacaq. Sonrası isə texniki məqamlardır", - deyə rusiyalı diplomat vurğulayıb.

Qeyd edək ki, "Taliban" Rusiya Federasiyasında fəaliyyəti qadağan olunan terrorçu təşkilatlar siyahısına daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR