Rusiya taxıl yığımında yeni rekorda imza atıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.
Onun sözlərinə görə, bu günə kimi 150 milyon ton taxıl biçilib. Rusiya hökumətinin rəhbəri diqqətə çatdırıb ki, ölkənin demək olar ki, bütün regionlarında taxıl biçini başa çatır.