Bank Of Baku

Rusiya TŞ: Qərb Qazaxıstanla münasibətlərimizi korlamağa çalışır

Rusiya TŞ: Qərb Qazaxıstanla münasibətlərimizi korlamağa çalışır
# 23 iyun 2023 09:44 (UTC +04:00)

Qərb Rusiya ilə Qazaxıstan arasında münasibətləri korlamağa çalışır.

APA xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov təhlükəsizlik məsələləri üzrə Rusiya-Qazaxıstan məsləhətləşmələri zamanı bildirib.

O vurğulayıb ki, anqlosakslar bütün dünyada parazitlik etməyə öyrəşiblər, ona görə də MDB məkanını özlərinə təhlükə kimi görürlər.

“Qərb dövlətləri suveren dövlətlərin daxili işlərinə birbaşa və qeyri-etik formada müdaxilə edərək, Rusiya ilə Qazaxıstan arasında münasibətlərə mənfi təsir göstərməyə çalışırlar.

ABŞ-la müttəfiqləri internet və sosial şəbəkələr də daxil olmaqla, millətçi hissləri gücləndirməyə, böhtan yaymağa, ictimai rəyi manipulyasiya etməyə çalışırlar.

Bu isə öz növbəsində, müstəqil dövlətlərin daxili işlərinə birbaşa və qeyri-etik müdaxilədir”, - deyə Şevtsov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR