Bank Of Baku

Rusiya Ukrayna ilə sərhəddə əlavə 7 min hərbçi yerləşdirib

Rusiya Ukrayna ilə sərhəddə əlavə 7 min hərbçi yerləşdirib
# 17 fevral 2022 11:12 (UTC +04:00)

Rusiya son günlərdə Ukrayna ilə sərhəddə əlavə 7 min hərbçi yerləşdirib.

APA-nın xəbərinə görə, bu barədə CNN-ə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib.

Xəbərə görə, yeni hərbi qüvvələrin bir hissəsi ötən gün rəsmi Moskvanın Ukrayna ilə sərhəddəki qoşunlarının bir hissəsini geri çəkməsi ilə bağlı məlumatlarının fonunda iki ölkənin sərhədinə göndərilib.

Mənbə qeyd edib ki, hərbçilərin sayının artması Rusiyanın geri çəkilmə iddialarının yanlış olduğunu göstərir.

Yeni təxminlərə görə, Rusiyanın Ukrayna ilə sərhədə cəmlədiyi hərbçilərin sayı 150 minə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR