Bank Of Baku

Rusiya Ukraynada Avropanın sülhməramlılarının yerləşdirilməsi ideyasına qarşı çıxıb

Sergey Lavrov, Rusiya xarici işlər naziri

© APA | Sergey Lavrov, Rusiya xarici işlər naziri

# 02 mart 2025 14:18 (UTC +04:00)

Rusiya Ukraynada Avropanın sülhməramlılarının yerləşdirilməsi ideyasına qarşı çıxıb.

APA-nın xəbərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov "Krasnoy zvezde”-yə müsahibəsində deyib ki, Avropada Ukraynada sülhməramlıların yerləşdirilməsi barədə müzakirələr həyasızlıqdır və Kiyevi Rusiyaya qarşı müharibəyə təhrik etməkdir.

Sergey Lavrov bildirib ki, Qərbdə avropalı sülhməramlıların yerləşdiriləcəyi ərazilərin və həmin ərazilərdə rus dilinin taleyinin necə olacağına aydınlıq gətirə bilməzlər: “Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi Rusiya üçün münaqişənin ilkin səbəbinin aradan qalxmaması demək olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR