Bank Of Baku

Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
# 22 sentyabr 2025 13:41 (UTC +04:00)

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Kalinovskoye yaşayış məntəqəsini ələ keçirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı hesabatda bildirilib.

Qeyd olunub ki, Rusiya qüvvələri “Ukraynaya məxsus təyyarə istehsalı müəssisəsinə, PUA-ların saxlanması və buraxılış məntəqələrinə, muzdluların təlim mərkəzinə və Ukrayna silahlı qüvvələrinin dislokasiya məntəqələrinə zərbələr endirib”.

Eyni zamanda, Rusiya hava hücumundan müdafiə sistemlərinin son 24 saat ərzində Ukraynanın 7 hava bombasını, 2 HIMARS reaktiv yaylım atəşi mərmisini və 339 təyyarə tipli PUA-sını vurduğu açıqlanıb.

Rusiya MN “Ukrayna silahlı qüvvələrinin son 24 saat ərzində “xüsusi əməliyyat zonası”nda 1535-dən çox hərbçisini itirdiyini” bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR