Bank Of Baku

Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb

Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb
# 20 noyabr 2024 13:43 (UTC +04:00)

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində İlyinka yaşayış məntəqəsini nəzarətə götürüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Silahlı Qüvvələrinin bölmələri "Donetsk Xalq Respublikası"nın (Ukraynanın Donetsk vilayəti-red) Kuraxovsk rayonu istiqamətində İlyinka yaşayış məntəqəsini azad edib", - deyə bildirilib.

Bundan əlavə, məlumatda Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına və pilotsuz uçuş aparatlarının anbarlarına zərbələr endirdiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR