Bank Of Baku

Rusiya Ukraynada döyüşən 95 xarici vətəndaşa ittiham irəli sürüb

Rusiya Ukraynada döyüşən 95 xarici vətəndaşa ittiham irəli sürüb
# 16 iyun 2023 11:57 (UTC +04:00)

Rusiya Federasiyasının İstintaq Komitəsi Ukrayna tərəfdən muzdlu döyüşçü qismində iştirak etməsi ilə bağlı 95 nəfər xarici vətəndaşa qarşı qiyabi ittiham irəli sürüb.

APA xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ittiham irəli sürülən şəxslər arasında ABŞ, Böyük Britaniya, Belçika, İsrail, Latviya və Fransa vətəndaşları var.

Həmçinin əlavə olunub ki, onların cinayət əməllərinin araşdırılması davam etdirilir.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin keçirdiyi müşavirə zamanı bildirib ki, hazırda 90 cinayət işi üzrə ittiham aktları təsdiqlənib və onlar Rusiyanın yeni regionlarının məhkəmə orqanlarına təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR