Bank Of Baku

Rusiya Ukraynada ələ keçirdiyi NATO texnikasını Moskvadakı səfirliklər önündə sərgiləyəcək

Rusiya Ukraynada ələ keçirdiyi NATO texnikasını Moskvadakı səfirliklər önündə sərgiləyəcək
# 12 iyul 2023 17:30 (UTC +04:00)

Rusiya Ukrayna ilə müharibədə ələ keçirdiyi NATO texnikasının Moskvadakı səfirliklər önündə sərgisini təşkil edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Dumanın müdafiə komitəsinin rəhbəri Andrey Kartapolova tapşırıq verib.

Volodin Kartapolova Müdafiə Nazirliyi ilə birlikdə Ukraynanı təchiz edən ölkələrin səfirliklərində döyüşlərdə ələ keçirilmiş və sıradan çıxarılmış NATO texnikasının sərgisinin təşkil etmək tapşırıb.

Qeyd edək ki, belə bir sərginin təşkili ilə bağlı Dumanın kommunist fraksiyasının deputatı Vladimir İsakov Rusiya Müdafiə Nazirliyinə müraciət etmək təklifi ilə çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR