Bank Of Baku

Rusiya Ukraynada hərbi əməliyyat başlayandan bəri məhv etdiyi texnikaların sayını açıqlayıb

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 10 aprel 2022 12:03 (UTC +04:00)

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 436 pilotsuz uçuş aparatı (PUA), 232 reaktiv yaylım atəş sistemi və 2052 tank və zirehli texnikanı məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 127 təyyarə, 98 helikopter, 234 S-300, Buk-M1, Osa AKM zenit-raket kompleksləri, 436 pilotsuz uçuş aparatı, 2052 tank və digər zirehli döyüş maşını, 232 reakstiv yaylım atəşi sistemi, 894 səhra artilleriya qurğusu və minaatan məhv edilib”, - deyə Rusiya MN sözçüsü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR