Bank Of Baku

Rusiya Ukraynada hərbi əməliyyat başlayandan bəri məhv etdiyi texnikaların sayını açıqlayıb

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 12 aprel 2022 21:42 (UTC +04:00)

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 130 təyyarəni məhv edib.

APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 130 təyyarə, 99 helikopter, 244 zenit-raket kompleksi, 445 pilotsuz uçuş aparatı, 2153 tank və digər zirehli döyüş maşını, 241 reakstiv yaylım atəşi sistemi, 924 səhra artilleriya qurğusu və 2063 hərbi avtomobil məhv edilib”, - deyə Rusiya MN sözçüsü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR