Bank Of Baku

Rusiya Ukraynada ilk dəfə “Kinjal” raketlərindən istifadə edib

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 19 mart 2022 12:21 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri Ukraynada hədəfi vurmaq üçün ilk dəfə “Kinjal” hipersəs raketlərindən istifadə edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

O, əməliyyat başlayandan ilk dəfə olaraq Ukraynadakı hərbi anbarı vurmaq üçün Rusiya Silahlı Qüvvələrinin “Kinjal” hipersəs raketlərindən istifadə etdiyini söyləyib: “Martın 18-də hipersəsli aeroballistik raketlərə malik “Kinjal” aviasiya raket sistemi İvano-Frankovsk vilayətinin Delyatın kəndində Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının böyük yeraltı anbarını məhv edib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR