Rusiya üzvü olduğu Arktika Şurasının büdcəsinə illik ödənişi dayandırıb

Rusiya üzvü olduğu Arktika Şurasının büdcəsinə illik ödənişi dayandırıb
# 14 fevral 2024 14:05 (UTC +04:00)

Rusiya üzvü olduğu Arktika Şurasının ortaq büdcəsinə illik ödənişi dayandırıb.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bununla belə, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ölkə hazırda üzvlükdən imtina etməyi düşünmür.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə deyib ki, Şura Rusiyaya qarşı "qeyri-dost" quruma çevriləcəyi təqdirdə, üzvlük məsələsi də qiymətləndiriləcək.

Qeyd edək ki, Arktika Şurasına Skandinaviya ölkələri, ABŞ, Kanada və Rusiya üzvdür, lakin 2022-ci ildə Moskvanın Ukraynaya hücumu ilə təşkilat çərçivəsində Rusiya ilə əməkdaşlıq dayandırılıb.

Rusiya Dumasının spikeri Volodin isə daha əvvəl bildirib ki, gələn həftə (21 fevral-red.) parlament Rusiyanın ATƏT PA-dan çıxması və ATƏT büdcəsinə ödənişlərlə bağlı səsvermə keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR