Rusiya və ABŞ kəşfiyyat orqanlarınım rəhbərləri görüşə bilərlər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
Rusiya kəşfiyyatının rəhbəri qeyd edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə görüşmək imkanı var və təmasları saxlamaq vacibdir.