Bank Of Baku

Rusiya və Çin liderlərinin videokonfrans formatında görüşü keçirilib

Vladimir Putin - Si Cinpin

© APA | Vladimir Putin - Si Cinpin

# 30 dekabr 2022 13:21 (UTC +04:00)

Rusiya və Çin arasında ticarət dövriyyəsinin həcmi bu ilin yekunlarına görə, 25 faiz artacaq və qarşıda dayanan 200 milyard dollarlıq dövriyyə həcminə də vaxtından tez çatacağıq.

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə videokonfrans vasitəsilə dialoq zamanı deyib.

Vladimir Putin həmkarına və Çin xalqına yeni ildə yeni uğurlar arzu edib və bildirib ki, dünyada geosiyasi gərginliyin yüksəlməsi fonunda Rusiya-Çin əməkdaşlığının əhəmiyyəti daha da artır.

Tərəflər həmçinin növbəti ildə də ölkələr arasında qarşılıqlı səfərlərin təşkil olunacağı barədə razılığa gəlib.

Rusiya lideri Si Cinpini yeni ildə ölkəsinə səfərə dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR