Bank Of Baku

Rusiya və Çin XİN başçıları Moskvada danışıqlar aparıb

Rusiya və Çin XİN başçıları Moskvada danışıqlar aparıb
# 01 aprel 2025 14:38 (UTC +04:00)

Moskvada Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla Rusiyada rəsmi səfərdə olacaq Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında danışıqlar keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, danışıqlar zamanı Rusiya və Çinin xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli münasibətlərin mövzularını, o cümlədən ən yüksək və ali səviyyələrdə təmasları, həmçinin beynəlxalq gündəmdəki ən aktual məsələləri, o cümlədən Ukrayna ətrafında böhranın həlli perspektivlərini müzakirə ediblər.

Danışıqların yekununda Sergey Lavrov və Van İ siyasi məsləhətləşmə planı imzalayıblar.

Qeyd edək ki, ÇİN XİN başçısını bu gün Rusiya prezidenti Vladimir Putin Kremldə qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR