Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan arasında növbəti telefon danışığı olub.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“Mayın 25-i axşam Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Vaqarşak Arutyunyan arasında telefon danışığı olub. Söhbət zamanı bölgədəki vəziyyət, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti tərəfindən tapşırıqların yerinə yetirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub”, Rusiya MN-in məlumatında qeyd olunub.
Xatırladaq ki, Rusiya və Ermənistan müdafiə nazirləri arasında sonuncu telefon danışığı mayın 20-də baş tutub.