Aprelin 8-də Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş keçiriləcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Lavrov-Mirzoyan danışıqlarında iki ölkə arasında münasibətlərin, eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının icrasının gedişatının müzakirə olunacağını vurğulayıb.