Bank Of Baku

Rusiya və Ermənistan XİN başçılarının müavinləri görüşüb

Rusiya və Ermənistan XİN başçılarının müavinləri görüşüb
# 10 dekabr 2021 13:18 (UTC +04:00)

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistan xarici işlər nazirinin müavini Vaqe Gevorkyanı qəbul edib.

APA-nın Moskva müxbirinin Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, görüşdə Rusiya-Ermənistan ikitərəfli münasibətləri, eləcə də gündəmdə duran aktual beynəlxalq və regional məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu gün Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması ilə bağlı 3+3 formatında görüşün birinci iclası keçiriləcək. Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR