Paşha Bank
Bank Of Baku

Rusiya və İran arasında Buşehr Atom Elektrik Stansiyasının tikintisi müzakirə edilib

Rusiya və İran arasında Buşehr Atom Elektrik Stansiyasının tikintisi müzakirə edilib
# 19 oktyabr 2026 21:56 (UTC +04:00)

Rusiya və İran hökumət nümayəndələri Buşehr Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

TASS xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Düşənbədə keçirilən Rusiya–İran danışıqlarının yekunlarına dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiyanın Baş naziri Mixail Mişustinlə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif arasında keçirilən görüşdə enerji sahəsində əməkdaşlıq və Buşehr AES-in tikintisi əsas müzakirə mövzularından olub.

Danışıqlar Mişustinin Tacikistana ikigünlük səfəri çərçivəsində, Şanxay Əməkdaşlıq Təşkilatı xətti ilə keçiriləcək görüş ərəfəsində baş tutub.

“Kohi Somon” hökumət iqamətgahında keçirilən görüşdə Rusiya tərəfindən iqtisadi inkişaf nazirı Maksim Reşetnikov, xarici işlər, energetika və maliyyə nazirliklərinin yüksəkvəzifəli nümayəndələri də iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR