Bank Of Baku

Rusiya və litvalı alpinistlər Qırğızıstanda itkin düşüblər

Rusiya və litvalı alpinistlər Qırğızıstanda itkin düşüblər
# 28 iyul 2023 22:48 (UTC +04:00)

Üç Rusiya və bir Litva vətəndaşı Qırğızıstan dağlarında yoxa çıxıb.

Bu barədə APA Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

İtkin düşən alpinistlər iyulun 11-də dağ turizmi təşkil edən “Aksai Travel” şirkəti ilə müqavilə imzalayıblar.

“Həmin gün onlar Pobeda zirvəsinə çatdılar. Turist qrupu sonuncu dəfə iyulun 19-da 6900 m yüksəklikdən əlaqə saxlayıb”, - mətbuat xidmətinin nümayəndəsi bildirib.

İyulun 27-də Rusiya Fövqəladə Hallar Nazirliyi Qırğızıstana əməliyyat-axtarış tədbirlərinin aparılması üçün sorğu göndərib. Hazırda 23 xilasedici turistlərin axtarışı ilə məşğuldur. Aksai turizm şirkəti helikopter vasitəsilə itkin düşənləri təkbaşına tapmağa çalışsa da, bu cəhd uğursuz alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR