Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi S. Kılıçı qəbul edib.
APA-nın Moskva müxbiri xəbər verir, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Hər iki ölkənin yanaşmalarının, o cümlədən “3+3” Məşvərətçi Regional Platforması çərçivəsində sıx əlaqələndirilməsinin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.