Bank Of Baku

Rusiya və Ukrayna arasında danışıqlar bir neçə raund davam edə bilər

Leonid Slutski

© APA | Leonid Slutski

# 03 mart 2022 23:27 (UTC +04:00)

Rusiya və Ukrayna nümayəndələri daha bir neçə raund danışıq apara bilər.

APA-nın xəbərinə görə, bunu Rusiya nümayəndə heyətinin üzvü, Dumanın beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski “Rossiya-24” kanalına bildirib.

“İkinci raundda müzakirə olunan məsələlərin siyasi spektrinə gəlincə, bunlar ehtimal ki daha bir neçə raundda müzakirə ediləcək. Üçüncü raund tezliklə, Belarusda baş tutacaq”, - deyə Slutski bildirib.

Slutski əlavə edib ki, bəzi razılaşmaların tezliklə qüvvəyə minməsi üçün parlament diplomatiyasının sürətləndirilməsi vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR