Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yaylb.
Bildirilib ki, Kursk vilayətində əsir götürülmüş 115 rusiyalı hərbçi Rusiyaya, əvəzində Ukrayna Silahlı Qüvvələrinin 115 hərbçisi Kiyevə təhvil verilib.
Fərid Əkbərov
***
14.18
Rusiya və Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi həyata keçiriləcək.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə Rusiya və Ukrayna Kursk istiqamətində əsir düşən 115 nəfərin mübadiləsini həyata keçirməyə hazırlaşır.
Bu, Ukrayna ordusunun avqustun 6-da Rusiya daxilində hücuma başlamasından bəri ölkələr arasında ilk mübadilə olacaq.
Lamiyə Şirinova