Bank Of Baku

Rusiya və Ukrayna Çernobıl AES-in birgə mühafizəsi haqda razılığa gəlib - VİDEO

Rusiya və Ukrayna Çernobıl AES-in birgə mühafizəsi haqda razılığa gəlib - VİDEO
# 17 mart 2022 13:55 (UTC +04:00)

Rusiya tərəfi Ukrayna hərbçiləri ilə Çernobıl Atom Elektrik Stansiyasının (AES) təhlükəsizliyinin birgə təminatı ilə bağlı razılığa gəlib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya və Ukrayna enerji bloklarının və sarkofaqların təhlükəsizliyinə birgə nəzarət edəcəklər: “Rusiya hərbçilərinin Çernobıl AES-ə nəzarəti ələ keçirməsi onun təhlükəsizliyinə xələl gətirməmək üçün həyata keçirilib”.

Zaxarova əmin edib ki, Rusiya tərəfi bu obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR