Bank Of Baku

Rusiya və Ukrayna danışıqlarda bəzi məsələlərdə anlaşıb

Rusiya və Ukrayna danışıqlarda bəzi məsələlərdə anlaşıb
# 04 mart 2022 00:27 (UTC +04:00)

Belarusda baş tutan danışıqlarda Rusiya və Ukrayna bəzi məsələlərdə anlaşa bilib.

APA-nın xəbərinə görə, bu barədə "Ria Novosti"yə Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski bildirib.

“Görüş yeni başa çatıb. Ukrayna tərəfi ilə biz 3 blokda olan məsələləri müzakirə etmişik: hərbi məsələ, humanitar məsələ və münaqişənin gələcək siyasi həlli məsələsi. Mövqelər tam aydındır, bəndlərlə yazılıb. Hər bir hissə üzrə anlaşma əldə edilib”, - deyə Medinski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR