Bank Of Baku

Rusiya XİN: Ümid edirik ki, Tbilisi ilə dialoq davam etdiriləcək

Rusiya XİN: Ümid edirik ki, Tbilisi ilə dialoq davam etdiriləcək
# 25 sentyabr 2019 13:03 (UTC +04:00)

“Qriqori Karasinin Rusiya Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilməsindən sonra biz Gürcüstan Baş Nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə danışıqların formatının qorunub saxlanması üzərində çalışırıq”.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko “RİA Novosti”yə müsahibəsində deyib.

“Ümid edirik ki, Tbilisi ilə bu dialoq davam etdiriləcək”, - deyə A. Rudenko bildirib.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər 2008-ci il müharibəsindən sonra kəsilib. Ölkələr arasındakı dialoq yalnız Cenevrə müzakirələri və Abaşidze-Karasin danışıqları formatında olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR