Rusiya XİN: 1500-ə yaxın Fransa hərbçisi Ukraynada vuruşmaq üçün hazır vəziyyətə gətirilə bilər

Rusiya XİN: 1500-ə yaxın Fransa hərbçisi Ukraynada vuruşmaq üçün hazır vəziyyətə gətirilə bilər
# 03 aprel 2024 14:34 (UTC +04:00)

Təxminən 1500 nəfərdən ibarət Fransa hərbçiləri Ukraynaya göndərilmək üçün aprel ayında döyüşə hazır vəziyyətə gətirilə bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, aprel ayında qrupun “Ukrayna hərbi əməliyyatlar teatrına” operativ şəkildə göndərilməsi üçün tam döyüş hazırlığı vəziyyətinə gətiriləcəyi gözlənilir.

"Parisin Ukraynaya göndəriləcək hərbi kontingent hazırlaması ilə bağlı yeni məlumatlar ortaya çıxır. Bu məqsədlər üçün Fransa Xarici Legionunun komandanlığı martın əvvəlində təxminən 1500 nəfərlik taktiki batalyon qrupunun tərkibini təsdiqləyib", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR