Bank Of Baku

Rusiya XİN: ABŞ “ərəb baharı” ssenarisini Banqladeşdə təkrarlamaya bilər

Rusiya XİN: ABŞ “ərəb baharı” ssenarisini Banqladeşdə təkrarlamaya bilər
# 15 dekabr 2023 20:24 (UTC +04:00)

Banqladeşin bir sıra bölgələrində baş verən iğtişaşlar ABŞ səfiri Piter Haasın da daxil olduğu Qərb diplomatlarının qızışdırıcı fəaliyyəti ilə birbaşa bağlıdır.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova açıqlama verib.

Rusiya diplomatı qeyd edib ki, yaxın həftələrdə Qərb üçün arzuolunmaz olan Banqladeş hökumətinə sanksiyalar tətbiq oluna bilər.

"Əgər xalqın iradəsinin nəticələri Birləşmiş Ştatlar üçün qaneedici olmasa, "ərəb baharı" xətti ilə Banqladeşdə vəziyyəti daha da sabitləşdirmək cəhdləri mümkündür", - deyə Zaxarova bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR