Bank Of Baku

Rusiya XİN: Aİ Moskvaya qarşı sanksiyalara görə təxminən 1,5 trilyon dollar itirib

Rusiya XİN: Aİ Moskvaya qarşı sanksiyalara görə təxminən 1,5 trilyon dollar itirib
# 03 noyabr 2023 12:51 (UTC +04:00)

Avropa İttifaqının Rusiyaya qarşı iqtisadi sanksiyalardan ümumi itkiləri təxminən 1,5 trilyon dollara çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Verona Avrasiya İqtisadi Forumu çərçivəsində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O, həmçinin xatırladıb ki, 2013-cü ildə Rusiya Federasiyası ilə Avropa İttifaqı arasında ticarətin həcmi 417 milyard dollar təşkil edib.

“Bu ticarətin artım dinamikasına nəzər salsaq, bu il təxminən 700 milyard avro ola bilərdi. 2022-ci ildə sanksiyaların tətbiqindən sonra bu, təxminən 200 milyard, 2023-cü ilin ilk altı ayında isə 46 milyard olub. Yəni ilin sonuna 100 milyarddan az olacaq”, deyə rusiyalı diplomat vurğulayıb.

Qruşko əlavə edib ki, gələn il Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi 50 milyard avroya qədər azala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR