Bank Of Baku

Rusiya XİN Aİ-nin 11-ci sanksiya paketinə münasibət bildirib

Rusiya XİN Aİ-nin 11-ci sanksiya paketinə münasibət bildirib
# 23 iyun 2023 16:22 (UTC +04:00)

Qərbin istənilən qeyri-dost hərəkətinə vaxtında və adekvat cavab veriləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa İttifaqının 11-ci sanksiya paketinin qəbul etməsi ilə bağlı bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyası Qərbin növbəti sanksiyalarına cavab olaraq, Rusiyaya girişi qadağan edilən Aİ nümayəndələrinin siyahısını xeyli genişləndirib.

"Avropa İttifaqı birtərəfli məhdudlaşdırıcı tədbirlərlə Rusiyaya təzyiq göstərməyə cəhd etməkdə davam edir. İyunun 23-də Aİ ölkələri on birinci sanksiya “paketi”ni qəbul edib. Biz Aİ-nin bu cür hərəkətlərini qeyri-legitim, BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquqi preroqativlərini pozduğunu hesab edirik.

Bu qeyri-dost hərəkətlərə cavab olaraq Rusiya tərəfi “Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olmaq qaydası haqqında” Federal Qanuna uyğun olaraq Avropa qurumlarının və Aİ-yə üzv dövlətlərin nümayəndələrinin siyahısını xeyli genişləndirib.

Söhbət Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının, dövlət və kommersiya təşkilatlarının nümayəndələrindən, Kiyevdəki neonasist rejiminə hərbi yardımın göstərilməsi (silah və hərbi texnika və geyim formasının tədarükü, Ukrayna hərbçilərinin təlimi) iştirak edən, ölkəmizə qarşı sanksiyaların tətbiqinə cavabdeh olan və Rusiyanın digər dövlətlərlə münasibətlərini pozmağa çalışan Avropa strukturlarının nümayəndələri olan Aİ-yə üzv ölkələrin vətəndaşlarından gedir. Məhdudiyyətlər Rusiya ilə qarşıdurma gündəmini təbliğ edən Aİ parlamentarilərinə də şamil edilir.

Təsdiq edirik ki, Qərb dövlətlərinin hər hansı qeyri-dost hərəkətləri vaxtında və adekvat cavab veriləcək", deyə Rusiya XİN-nin bəyanatında bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR