Bank Of Baku

Rusiya XİN: Aİ Vaşinqtona tabe olub

Rusiya XİN: Aİ Vaşinqtona tabe olub
# 29 iyun 2023 02:35 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Vaşinqtona tabe olub.

APA xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov yerli “Rossiya-1” (Pervıy kanal) televiziya kanalında yayımlanan “Böyük Oyun” (“Bolşaya iqra”) proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə,amerikalılar və bütövlükdə Qərb onların maraqlarına uyğun olmayan hər şeyi ləğv etməyi xoşlayır. Onlar yaxın keçmişi, məhz Ukraynadakı böhrana səbəb olan tarixi dövrü ləğv edirlər.

Lavrov deyib ki, NATO alyansının genişlənməsi - hazırda çirkin nəticələr verən hadisələrin toxumlarının səpilmə prosesidir: “Baş verənlərin hamısı Rusiyanın təqsiridir ifadəsi özünü məsuliyyətdən azad etmək cəhdidir”.

“Hər hansı digər ölkə öz milli maraqlarını bu şəkildə qətiyyətlə və inadla müdafiə etsəydi, əminəm ki, Qərb də ona qarşı silaha sarılardı”, - deyə Lavrov bildirib.

“Avropa diplomatiyasının rəhbəri sayılan Cosep Borrell əslində Avropada ABŞ-ın maraqlarına xidmət edən fəaliyyətlə məşğuldur. Onun dövründə Aİ Vaşinqtona tamamilə tabe olub”, - rusiyalı diplomat əlavə edib.

“Qərb demokratik və çoxqütblü dünya düzəninin formalaşmasının qarşısını almaq istəyir, hegemonluğunu müdafiə etmək üçün istənilən fürsətdən yapışır. Qərb Ukraynanı çoxqütblü dünyanın yaranmasının qarşısını almaq üçün alət kimi görür”, - deyə Lavrov vurğulayıb.

“Biz hazırda Ukraynada Qərblə və nasizmlə müharibə edirik, hansı ki, qərbdəki həmkarlarımız tərəfindən bu ölkədə yaradılıb və fəal şəkildə təşviq edilir”, - Rusiya XİN başçısı deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR