Bank Of Baku

Rusiya XİN: Almaniya Ukraynadakı münaqişənin tərəflərindən biri olub

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 22 dekabr 2022 15:04 (UTC +04:00)

Almaniya özünü Ukraynadakı münaqişənin tərəflərindən biri edib və rəsmi Moskva ilə Kiyev arasında etibarlı vasitəçi ola bilməz.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Ukrayna ilə Rusiyanı dialoqa çağıran Almaniya rəhbərliyi paralel olaraq Kiyev rejimini silahla təmin etməkdə davam edir, Avropa İttifaqının (Aİ) ölkəmizə qarşı apardığı iqtisadi müharibənin koordinatoru kimi fəal surətdə çıxış etməyə çalışır. Almaniya özünü Ukraynadakı münaqişə tərəflərindən birinə çevirdi və bu səbəbdən də etibarlı bir vasitəçi roluna iddia edə bilməz”, - XİN rəsmisi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR