Cənubi Qafqazdakı vəziyyəti müzakirə edərkən qeyd etdik ki, ötən ilin sonunda, bu ilin əvvəlində postmünaqişə əməkdaşlığının əsası qoyulub.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmi olan “3+3” formatından danışıb: “Bura Azərbaycan, Ermənistan, Rusiya, İran Türkiyə və Gürcüstan daxildir. Gürcüstan hələ ki bu perspektivli formata qoşulmağı fikirləşir. Biz dəfələrlə qeyd etmişik ki, gürcü həmkarlarımızı bu strukturun iclaslarında görməyə hər zaman şad olacağıq”.