Rusiya xarici işlər naziri Sergey Lavrov Moldovaya xəbərdarlıq edib.
APA-nın Moskva müxbirinin məlumatına görə, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MQİMO) çıxış edən Lavrov deyib ki, Dnestryanıda Rusiya hərbçilərinin təhlükəsizliyinə xələl gətirəcək istənilən hərəkət Rusiyaya hücum kimi qiymətləndiriləcək.
“Hər kəs başa düşməlidir ki, hərbçilərimizin təhlükəsizliyinə xələl gətirəcək istənilən hərəkət beynəlxalq hüquqa uyğun olaraq, Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək, necə ki, Cənubi Osetiyada Saakaşvili sülhməramlılarımıza hücum edəndə belə olmuşdu", - deyə Rusiya XİN başçısı vurğulayıb.