Bank Of Baku

Rusiya XİN: Baydenin bəyanatı Moskvanı qorxutmaq cəhdidir

Rusiya XİN

© APA | Rusiya XİN

# 03 mart 2022 13:00 (UTC +04:00)

“ABŞ Prezidenti Co Baydenin Rusiya ilə münasibətlərin tamamilə kəsilməsi ilə bağlı bəyanatı Rusiyanı qorxutmaq cəhdidir. Heç kim ABŞ-la dialoqu kəsmir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Bu, bizi qorxutmaq üçün növbəti cəhddir. Amma biz hədə-qorxuya boyun əymirik. Bir daha deyirəm və vurğulayıram ki, biz inamla, sakit işləyirik. Qarşımızda konkret vəzifələr var, onlarla məşğul olacağıq. Heç kim ABŞ-la dialoqu kəsmir. Bu dialoqun formatları, kanalları ayrı məsələdir və bu kanalların konfiqurasiyası bizim qarşımızda duran vəzifələrin xüsusiyyətlərindən asılıdır”, - Ryabkov RBK-ya müsahibəsində bildirib.

Qeyd edək ki, Co Bayden Rusiya-ABŞ münasibətlərinin tamamilə kəsilmə dövrünü yaşadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR