Bank Of Baku

Rusiya XİN Baydenin BMT TŞ ilə bağlı təklifini təqdirəlayiq adlandırıb

Rusiya XİN Baydenin BMT TŞ ilə bağlı təklifini təqdirəlayiq adlandırıb
# 22 sentyabr 2022 13:22 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Co Baydenin BMT Təhlükəsizlik Şurasının (TŞ) genişləndirilməsi təklifini təqdirəlayiq adlandırıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, rəsmi Moskva BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinin tərəfdarı olduğunu açıqlayıb.

“Biz özümüz də bunun tərəfdarıyıq, inanırıq ki, layiqli namizədlər var”, - Rusiya XİN-dən bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Birləşmiş Millətlər Təşkilatının tribunasından bildirib ki, ölkəsi Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının genişləndirilməsinin tərəfdarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR