Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrə ixracının BMT-nin yardımı ilə normallaşdırılmasından danışmağa ehtiyac yoxdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin İstanbul razılaşmasının həyata keçirilməsi haqqında bəyanatında bildirilib.
Qeyd olunub ki, BMT Rusiyanın Tolyatti-Odessa boru kəməri ilə ammonyak ixracının bərpası məsələsində fəaliyyətsizdir.
"Aclıq təhlükəsi haqqında danışılanlar altında əslində ukraynalıların kommersiya sifarişlərinə və Qərb benefisiarlarının iqtisadi maraqlarına xidmət edilir", - deyə bəyanatda vurğulanıb.
Rusiya BMT-nin Türkiyənin ərazi sularında təftişi gözləyən 100-dən çox gəmi ilə bağlı məlumatlarını da təsdiqləməyib.