Bryanskdakı qətllər NATO silahları ilə törədilib.
APA-nln Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Bryansk vilayətində dünənki hadisələrlə bağlı yaydığı bəyanatda bildirilib.
"Kiyev dəfələrlə bütün hərəkətlərinin ABŞ və digər NATO ölkələrinin razılığı və dəstəyi ilə olduğunu etiraf edib. Bryanskdakı qətllər də NATO silahları ilə törədilib. Bu, həmin dövlətlərin bu cür cinayətlərdə şərik və terrorizmin sponsoru kimi təsnifləşdirilməsi məsələsini gündəmə gətirir", - deyə Rusiya XİN-nin yaydığı bəyanatda qeyd olunub.