Bank Of Baku

Rusiya XİN Çernobıl və Zaporojye AES-lərlə bağlı açıqlama verib

Rusiya XİN Çernobıl və Zaporojye AES-lərlə bağlı açıqlama verib
# 09 mart 2022 14:40 (UTC +04:00)

Ukraynanın Çernobıl və Zaporojye Atom Elektrik Stansiyalarının (AES) Rusiya tərəfindən nəzarətə götürülməsi Kiyevin nüvə təxribatlarının təşkilinin qarşısını almaq üçün edilib. Bunun riskləri tamamilə mümkündür.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat zamanı Çernobıl və Zaporojye atom elektrik stansiyaları və onlara bitişik ərazilər üzərində nəzarəti ələ keçirib. Bu addım istisnasız olaraq ukraynalı millətçi və digər terror qruplaşmalarının, eləcə də xarici muzdluların mövcud vəziyyətdən istifadə edərək nüvə təxribatları təşkil etməyin qarşısını almaq üçün atılıb. Bu risklər həqiqətən də mövcuddur”, - Zaxarova brifinqdə vurğulayıb.

O, Çernobıl və Zaporojye AES-lərdə vəziyyətə ukraynalı mütəxəssislər və Rusiya hərbçiləri tərəfindən birgə nəzarət edildiyini söyləyib: “Hər iki stansiyada radiasiya fonu normaldır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR