Bank Of Baku

Rusiya XİN Ermənistanı Aİ və KTMT-dən gözləntilərində mövcud reallığı nəzərə almağa çağırıb

Rusiya XİN Ermənistanı Aİ və KTMT-dən gözləntilərində mövcud reallığı nəzərə almağa çağırıb
# 10 may 2023 18:25 (UTC +04:00)

Rəsmi İrəvan tərəfindən ictimai şəkildə KTMT-nin ünvanına tənqidləri qeyri-məhsuldar hesab edirik.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Düzünü desək, Ermənistan rəhbərliyinin təşkilatın səmərəliyini onun özündən kənarda müzakirə etmək səyləri çaşqınlıq yaradır. KTMT əməkdaşlığın qurulması ilə bağlı bütün lazımi formatlara malikdir. Ən başlıcası isə, bu təşkilatın, strukturun iştirakçıları nəyinki bunları dinləməyə hazırdırlar, bu istiqamətdə işləməyə də hazırdırlar.

Biz eləcə də mayın 4-də Praqada Ermənistan rəhbərliyinin Avropa İttifaqının missiyasına verdiyi qiyməti də qeydə almışıq. Ermənistan Baş Naziri qeyd edib ki, Aİ-nin missiyasının dəvət edilməsi qərarının asan qəbul olunmayıb, belə ki, missiya təhlükəsizlik zəmanəti vermir və çağırışlar yarada bilər. Onda sual olunur, bəlkə Aİ və KTMT-dən yüksək gözləntilər mövcud reallığı nəzərə almır?”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova Rusiyanın rəsmi İrəvandan KTMT missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı təşəbbüslü addımlar gözlədiyini söyləyib: “Bu işə başlamağa hazırıq. Bunu dəfələrlə bəyan etmişik. İrəvanda da bunu yaxşı bilirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR