Rusiya XİN: Ermənistanın KTMT ilə bağlı ittihamlarını qəbul etmirik

Rusiya XİN: Ermənistanın KTMT ilə bağlı ittihamlarını qəbul etmirik
# 28 fevral 2024 16:21 (UTC +04:00)

“KTMT-nin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hökumətinin ittihamlarını birmənalı şəkildə qəbul etmirik”.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurması ilə bağlı fikirlərini şərh edərək bildirib.

“Xatırlatmaq istərdim ki, 2022-ci ilin sentyabr ayında Ermənistan tərəfinin xahişi ilə KTMT Katibliyinin və Birləşmiş Qərargahının qiymətləndirmə missiyası formalaşdırılıb və operativ şəkildə ölkənin sərhəd rayonlarına göndərilib", - o deyib.

Zaxarova qeyd edib ki, nəticələrə əsasən KTMT tərəfindən monitorinq missiyasının göndərilməsi qərara alınıb:

“Bizim və ya digərlərinin günahı deyil ki, hərbi-texniki dəstək göstərməklə bağlı təkliflər Ermənistan hakimiyyəti tərəfindən rədd edilib. Bundan əlavə, İrəvan nümayişkaranə şəkildə Aİ müşahidə missiyasını dəvət etmək qərarını qəbul etdi. Bütün faktlar onu göstərir ki, həmin nümayəndələrin fəaliyyətinin effektivliyi sıfıra bərabərdir. Bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və təəssüflə qeyd etmək istəyirik ki, Ermənistanın KTMT tədbirlərində iştirakının azaldılması dost erməni xalqının maraqlarına xidmət etmir”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR