Ermənistan ötən il də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçirilən birgə təlimlərinə qoşun kontingenti ayırmamışdı.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu, sözsüz ki, müttəfiqlər üçün müəyyən çətinliklər yaradır, hərbi qurumların xətti ilə artıq razılaşdırılmış planı yenidən formalaşdırmağa məcbur edir: “Bizə məlum olduğu kimi belə iş KTMT çərçivəsində gedir. Güman edirik ki, yekunda optimal həll tapılacaq”.
Xatırladaq ki, Ermənistan 2023-cü ildə ərazisində KTMT təlimləri keçirməyə razı olmadığını bildirib.